Bir
Bir (XIX əsr) Müəllif: Xəstə Hasan |
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.82 |
Abı çeşmin göllərdə sona da bir, qaz da bir,
Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
Vaqif hər dərddən qanandır, o gövhərin qiyməti yox,
Qul Qarani qərəz eylər, Aşıq Ömər sözdə bir.
Qurbani haqq aşığıdır, daima haqdan sökər,
Dəstinə alıf qələmi xəttinə bir xaz çəkər,
Çöllü İsmayıl baş tacıdı, candan qəsəvət tökər,
Kərəm ki yandı atəşə, od da birdi, köz də bir.
Molla Xalis dəlalətdən içdi eşq badəsini,
Güftadiyə vermişdilər ondan ziyadəsini,
Ürfani haqq aĢığıdı, görmüşüh ədasını,
Usta Polad kamil usta, Dəli Temo sazda bir.
İçmədim aşq badəsini, həm oxuyam, həm yazam,
Böylə getməz bu ülüzgar, əlbət gəlir bir ayam,
İli min iki yüz on dörd, hesabı yox ki, sayam,
Çox aşıqlar gəldi keçdi, Xəstə Hasan yüzdə bir.