Bir şəbangəh ki, çiraği-xirədi-əbdi-fəqir

Qəsidə
Müəllif: Yusif Nabi

Bir şəbangəh ki, çiraği-xirədi-əbdi-fəqir
Eyləmişdi hərəmi-qəsri-dimağım tənvir,
Nagəhan mükməni-qeybin açılıb pərdələri
Oldu yer səf sipəharayişi-meydani-zəmir.
Birinin nami qələm, biri vərəq, biri dəvat,
Biri məni, biri məzmun, biri hüsni-təbir.
Dedilər birdən:--Əya, piri-rəhi-nəzmi-süxən,
Ey köhən cövhəri, sövqi-bəyanü təhrir,
Nə əcəb xeyli zamandır ki, təməvvücdə deyil,
Bəhri-zəxxari-xəyal, əbri-köhərpaşi-zəmir.
Sana noldu, nə turursan, nə günə saklarsan,
Ta bekey nəsri-cəvahirdə bu dəklü təxir?
Əlli yıldır ki, müsəlləm sana səccadeyi-nəzm,
Şimdi sənsən şüəra zümrəsinə şeyxi-kəbir.
O zamanlar sana təslim idi meydani-süxən--
Ki, sənin sözlərinə Naili olmuşdu əsir.
Meyvəsi az isə də, ləzzəti əfzuntər olur
O dirəxtin ki, xiyabani-süxəndə ola pir.
Dedim:--Ey lövhənəvisani-dəbistani-hünər,
Ey məbaniyyi-məaniyə müdara təmir,
Həp bilürsiz ki, qədi-rastimi xamə kibi,
Etdi əngüşt kibi xəmzədə bari-təhrir.
Qalmadı tabü təvan teyyi-rəhi-əfkarə,
Oldu əndişə də tərkibi-vücudum kibi pir.
Leyk var cibi-zəmirimdə nəhüftə çoxdan
Bir göhər əqdi ki, olmaz ana aləmdə nəzir.
Saklaram namına bir padşəhi-dövranın--
Ki, edəm müjdə bəşarət kim edərsə təbşir.
Gəlsin ol padşəhin əsri-şərifində görək
Bülbüli-köhnə necə eylər imiş bəsti-səfir,
Dedilər:--Müjdələr olsun, sana, ey rastnəzər--
Ki, səni istədiyin əsrə yetirdi təqdir.
Lilləhilhəmd ki, bir vifqi-murad etdi cülus
İntizar eylədiyin padşəhi-aləmgir.
Oldu təyidi-ilahidə misali-xurşid.
Zati-valatəri arayişi-balayi-sərir.
Zilli-məmdudi-xuda həzrəti-Xan Əhməd kim,
Sayeyi-sərvi-ələm, dövlətidir mehri-münir.
Həqqin olub dərində nəsimi-inayəti,
Gülşənsərayi-Rumə düşürdükdə qisməti.
Yəni olub diyari-Hələbdən keşidəpa,
Təhrik edincə Rumə rikabi-əziməti.
Nagah vəhmü vəsvəsəfərmayi-kəcnəzər
Urdu inan əzmimə dəsti-cəsarəti.
Bəsti-müqəddimati-sualə edib şüru,
Zəmm etdi xeyrxahlıq üzərə sədaqəti.
Əbvabi-etirazə küşayiş verib təmam,
Etdi ədlə ilə mökədi-ibarəti.
Dedi ki, ey fisürdə xirəd, piri-natəvan,
Həftad sinndə bu səfərin nəy ki, hikməti?
Bu sinnü saldə qərəzin izzü cah isə,
Yox izzü cahə cismi-nizarın ləyaqəti.
Var isə arizuyi-münasib zəmirdə,
Anın da tazəlikdədir ayinü şövkəti.
Əsbabi-ehtişamə əgər var isə həvəs,
Piranın ana daxi yakışmaz qiyafəti.
Sövdayi-kəsbi-malla məali isə dilin,
Anın da pirlikdə nədir qədrü qiyməti?
Gahi ocaq başında, gəhi baği-zardə
Eylərkən əhli-danişü elm ilə söhbəti,
Kətm etmə, doğru söylə nədir məqsədü murad,
Böylə dəyişmədən süfreyi-zövq üzləti.
Divan büsatı ilə əgər əsb isə murad,
Bazulərində zəbtinə yox istitaəti.
Halın sənin bu günə ikən, ey fisürdəhuş,
Bilməm bu rahə sən nədən etdin əziməti?
Gördüm məqalı gərçi deyil vəchdən təhi,
Əmma əsabət üzrə deyil hiç həqiqəti.
Dedim əgərçi cümləsi vardır bu sözlərin
Bən daxi anlamaz deyiləm rəncü rahəti.
Məchuldur təbiət kəc beyninə sənin,
Tədbirə qalib olduğu həqqin iradəti.
Məlumdur bu hər kəsə, vazeh təriqdir,
Likəi nəhüftə var dəxi çox sirrü hikməti.
Görməzmisən bu mətbəxi-süni-həkimdə
Cəzb etdiyin keşan-keşan insani qisməti?
Əz cümlə ol sənin dedigin rahətü fərar
Mətlubi-cismdir, yox anın canə nisbəti.
Asudəlikdə gərçi könül müstərih olur,
Həp hisseyi-bədəndir anın həddü qayəti.
Bir istirahətin ki, ola mərcəi bədən,
Yoxdur o rahətin dil ilə canə nisbəti.
Səmü bəsər vəzifəsin alamaz kənardə,
İkisi də qidadə çəkərlər zərurəti.
Səmin qidasi məniyi-pakizə nitqdir,
Çeşmin qidasi hüsndür anınla hekayəti.
Bir istirahətin ki, ola mərcəi bədən,
Yoxdur o rahətin dil ilə canə nisbəti.
Minayi-çeşmi qərqeyi-nuri-sürur edər,
Xubani-şəhryanın o hüsnü lətafəti.
Hüsni-əda, hüsni-vəfa, hüsni-hər ümur
Ol şəhri-bibədəldə bulur hüsni-qayəti.
Ol dilgüşa məallar, ol xürdə nüktələr
Mümkündür bola Ərəbistanda surəti?
Ol canfəza süxənlərin, ol şux ədalərin
Əkamlər lisanına olsunmu nisbəti?
Olsunmu hiç kəlami-zərifanəyə bədəl
Əsbər şəvi təala tənəqşö ibarəti?
"Bədi", "ləkə" xitablarından gəlirmi heç
Ləfzi--"a canım", "ay əfəndim həlavəti?
Naziklik ilə dəvət edib pişgahına,
Etdi müqabilində qüudə işarəti.
Zərrinsitanə dövlətilə eyləyib nəzər,
Nərgislər oldu naili-çeşmi-inayəti.
Dəsti-mübarəkilə edib çidə xakdən,
Etdi səri-həqirimə vəzi-əlaməti.
Yəni duayi-cahıma vəqf eylədim səni,
Var eylə ta zəmani gəlincə bu xidməti.
Allaha şükr can bədənə etmədin vida
Göstərdi həqq bana bu zaman səadəti.
Dərgahi-dövlətinə olunmazmı ruymal
Ol davərin ki, sibqət edə bu kəraməti.
Nabi, sənin kiçiçik ruhun nur dəryasına gəldiyindən
Bədən darısqallığından nicat tapdı, şadlıq dəryasına gəldi.
Gözə görünən və görünməyən mənaların tarixşünasları
Dedilər: tarixin ardınça "Nabi behüzur aməd" (Nabi hüzura gəldi).
Hər zaman istərəm, ey cani-pədər,
Ola avizeyi-guşun bu göhər,
Bunu nazik tutasan canından,
Bir dəm ayırmayasan yanından.
Ta beməhşər ola feyzi cari,
Həm sənə, həm ola qeyrə sari.
Ey nihali-çəmənarayi-ədəb,
Nurbəxşayi-dilü dideyi-əb,
Səy qıl elmi-şərifə şəbü ruz,
Qalma heyvansifət, ol elmamuz.
Elmə səy eyləməməkdən həzər et,
Elmü səy ikisi birdir, nəzər et.
Müddəaya bu süxən şahiddir,
Elmü səyin ədədi vahiddir.
Bulamaz elm bilasəy vücud,
Biri getsə, biri olur nabud,
Sifəti-həzrəti-Mövladır elm,
Cümlə övsafdən əladır elm.
Mətləbi-elmə çalış ol ələm,
Fərzdir dedi rəsuli-əkrəm,
Dəxi əmr eylədi ol sahibi-elm:
Məhddən ləhdə dək ol talibi-elm.
Elm üçün oldu şəhi-xitteyi-nur,
Rəbb zədni tələbilə məmur.
Bula gör öylə Mədinəyə vüsul--
Ki, qapusi ola damadi-rəsul.
Elmdir maşteyi-ruyi-vühud,
Elmdir vasiteyi-budü nəbud.
Elmdir maideyi-rəbbani,
Elmdir muhibeyi-yəzdani.
Elmdir rabiteyi-izzü əla,
Elmdir baisi-təmkinü səfa.
Elmdir zabiteyi-cahü cəlal,
Elmdir rabiteyi-bərrü nəval,
Elm bir lücceyi-bisahildir,
Anda aləm keçinən cahildir.
Cəhlə həq mövt dedi, elmə həyat,
Olma həmhali-güruhi-əmvat.
Olma məhrumi-həyati-əbədi,
Elmlə fərq edə gör nikü bədi.
Elmin ənvai ilə ol hali,
Bəlkə lazım gələ istemali.
Bilmək, əlbəttə, deyilmi əhsən,
Sorsalar bən anı bilməm demədən.
Həzrətin nasə budur təlqini:
"Utlubul-elmi vəlo bis-Sini".
Etmə ar, öyrən oxu əhlindən,
Hər şeyin elmi gözəl cəhlindən.
Cühəla alimə nisbət xərdir,
Bəlkə xərdən də belə əbtərdir.
Qandadır bixəbərü qanda xəbir.
Mütəsavi deyil əmiyyü bəsir.
Nə qədər bulsa da izzət, şövkət,
Cah ilə cahilə gəlməz rifət.
Cəhldir maideyi-şərmü xiclət,
Cəhldir muresi-zillü nikbət.
Cəhldir adəmə zindani-bəla,--
Ki, düşənlər görəməz ruyi-rəha.
Cəhldir məhz ədəm, elm vücud,
Heç bərabərmi olur bud, nəbud?
Şərəfi-elmə nəhayət yoxdur,
Sifəti-bariyə qayət yoxdur.
Ey səraməd göhəri-bəhri-həyat,
Nüsxeyi-müntəxəbi-hüsni-sifat,
Məskənət xislətin eylə ədad,
Ol mülayimdilu dərvişnihad!
Ol qənitəbü təvazöpişə,
Sal gülüstani-fəlahə rişə.
Sana helmü ədəbü hüsni-süluk
Edər əhrari zəruri məmluk.
Hüsni-əxlaq deyil ərzani,
Çini-əbru girehi-pişani.
Xəndəruluq əsəri-rəhmətdir,
Turşuluq səbəbi-nifrətdir.
Xuyi-bəd, adəti-bəd, məşrəbi-bəd,
Edər ərbabını mərdudi-əbəd.
Qürrə olmaq sifəti-şeytandır,
Randeyi-bargəhi-rəhmandır.
Səndə zahir olıcaq kibrü qürur
Qism edər zöhrini allahi-qəyur.
Tutalım çərxə irişmiş cahın,
Yenə ədna qulusan allahın.
Nə qədər cahın olursa ali,
Damənin busədən olsun xali.
Sana lazım yerə yüzün sürtmək,
Qula düşməz əl-ayaq öpdürmək.
Ənbiya məsləkini eylə qəbul,
Oldu məmur müdaraya rəsul.
Bimüdara olamazsan rahət,
Fəxri-aləm dedi rəsi-hikmət.
Kəşfi-raz eyləmə biganələrə,
Vermə yol məclisə divanələrə.
Hər kəsi məhrəmi-əsrar etmə,
Sirrini zivəri-bazar etmə.
Hər kəsin qövlünü sadiq sanma.
Cümləyi leyk münafiq sanma.
Olma məclisdə nə bir gunə xəmuş,
Vəqtlə gah zəban ol, gəh guş.
Süxəni ibrəti-dürrü göhər et.
Mümkün olduğu qədər müxtəsər et.
Sözdə olsun sənə dəsturi-əməl
Məniyi-nükteyi-ma qəllə və dəl
Olur insanda zəban bir, iki guş,
Sən dəxi söylə bir, ol iki xəmuş.
Et kəlamın nə qəsirü nə təvil,
Gözlə vəqtin, nə xəfif ol, nə səqil.
Ey səfayabi-kəlami-mövzun,
Aşinayi-süxəni-gunagun,
Təbin eylərsə əgər şerə həvəs,
Sənə mənasını fəhm etmək bəs.
Söxənani-şüərayi-əslaf
Qəlbi ayinəviş eylər səfaf.