Bir şair çıxıbdı Yekallardan

Bir şair çıxıbdı Yekallardan
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Bir şair çıxıbdı Yekəallardan
Bəyənməyib göyçəlinin kərməsin.
Simeh tapıb, heç qurtarmaz azardan,
Onun dərdin heç gözlülər görməsin.

Birisi molladı, biri kalvayı,
Haqq özü buyurub mehmana sayı.
Adı şair, özü himarın tayı,
İncidib, qonağa zəhmət verməsin.

Molla Əli naməni yazandan bəri,
Bu söz çox incidir qul Ələsgəri.
Tavaqqam var, Şəmsəddinin bəyləri,
Acıqlanın çal köpəyə, hürməsin!