Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər

Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər
Müəllif: Həsənəli xan Qaradaği
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər,
Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,
Bu nazü-nəzakət, bu təravət sənə, dilbər,
Məxtum olub ol hüsnü lətafət sənə, dilbər,
Naz etmə gəl üşşaqə, əmanət sənə, dilbər!

Ey məh, nə əcəbsən, nə qəşəngsən, nə gözəlsən?
Xubluqda bu gün Yusifı-Kənanə bədəlsən,
Demək nə rəva, Yusifı-sani, sən əzəlsən,
Dur, mən dolanım başına, bir yanıma gəl sən,
Haşa edəməm bil ki, xəyanət sənə, dilbər!

Öldürdü məni dərdü-qəmü möhnəti-hicran,
Qurtarsa bu qəmdən məni gər xaligi-sübhan,
Nəzr eyləmişəm, canım edəm vəslinə qurban,
Yoxdur dəxi bir özgə qəmim, ey şəhi-xuban,
Gər yetsə, canım sağü səlamət sənə, dilbər.

Avara gəzərkən mən o divanələr içrə,
Düşdü güzərim bir neçə məstanələr içrə,
Saqi tökərək badəni peymanələr içrə,
Söylədi ləbin vəsfini meyxanələr içrə,
Yetməzmi bu tərif, bu şöhrət sənə, dilbər?

Olmaz bu gözəllikdə deyim, bir bəni-Adəm,
Heyrandı sənin hüsnünə bu məhvəşi-aləm,
Əhdinə vəfa eylə, qıl iqrarını möhkəm,
Ol səcdəgahım, səcdə qılım hüsnünə hərdəm,
Şayəstədi, əlbəttə, dəyanət sənə, dilbər!

Salma nəzərindən məni, ey vəlışi qəzalım!
Gündən-günə artır nə edim, dordü məlalım,
Rəhm et bana, zülfün kimi aşüftədi halım,
İnsafdımı, zalım, belə bu hal ile qalım?
Etməzmi görən, kimsə məlamət, sənə dilbər?!