Bir cücəni sürət ilə qovlayırdı bir uşaq

Bir cücəni sürət ilə qovlayırdı bir uşaq
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Maarif Soltan
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Bir cücəni sürət ilə qovlayırdı bir uşaq,
Dedi, onu öldürməkdir ovlamaqdan məqsədi.
Ey Xaqani, bizi də o cücə kimi ruzigar,
Qovar, qovar, öldürməkdir onun hər an məqsədi.