Bir də ələ
Bir də ələ Müəllif: Əli Bimar |
“Ah” deyərsiz, “vay” deyərsiz bir zaman,
Keçən günlər daha düşməz birdə ələ..
Səd, heyif əlindən, aman, cavanlıq,
Buraxmaram yaxan keçsə bir də ələ.
Aqil kəslər bu dünyadan kam alı,
Ağılsızlar Haxdan payın kəm alı...
Kamil usta cəm eyləsə kamalı,
Lazım gəlməz,”yüz yol ölçə-bir dələ”..
Yazıq Bimar, insanlıqda birüzdü..
Qəvvac kimi “qəm bəhrində” bir üzdü..
Mən görmədim bu dünyada bir üzdü,
Ara-axtar, insanları bir də ələ..