Bir gün (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bir gün
Müəllif: Aşıq Valeh
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22.

Könül, gəl əl götür bu qəm-qüssədən,
Sənin də yurdunda toy olar bir gün!
Vaxt olar ki, dəyişilər bu dövran,
Bahar fəsli gələr, yay olar bir gün!

Düşübdü həyatın tubu borana,
Laləzarlı yurdlar qalıb virana,
Fəsil çönər, dağlar dönər arana,
Bu buzlar əriyib çay olar bir gün!

Alıbdı namərdlər vaxtı araya,
Zülmkar şah olub çıxıb saraya,
Haqq-ədalət gəlib çatar haraya,
Zalımlar evində vay olar bir gün!

Unutma, ey Valeh, gələr bir zaman,
Şənliyə bürünər bu çöl, bu orman,
Məzlumlar həyatı olar çıraqban,
Qüdrətdən bəxtinə hay olar bir gün!