Bir gecə ay işığında
Bir gecə ay işığında (1995) Müəllif: RAUF CAVAD |
Bir gecə ay işığında,
Daldım əcəb xəyallara.
Getdi o fikrə xəyalım,
Düşdü könlüm uzaqlara.
Sanki səsləyirdi məni
Bir səs uzaqdan yaxına.
Gəl yetis deyirdi, o səs,
Çağırırdı pıçıltıyla.
Var idi o səsdə nəsə,
İstəyir gələm yanına.
Gözləyir ümid yolumu,
Bəlkə çatdım sorağına.
Çox qəribədir olanlar,
Bənzəyir dərdü-bəlaya.
Durmadan gəlirdi o səs
Həyacanla, qulağıma.
Köçmüşdü qəlb də o gecə,
Qərib zülmət qaranlığa.
Çırpınaraq ürəyim də
Can atırdı aydınlığa.
Döyünürdü dəli ürək
Qopub çıxa azadlığa.
Rauf, istəyir hər Aşiq
Qovuşa öz Leylasına!
...Müəllif:Rauf Cavad