Bir qapıdır söhbət, gözlər Məşuq, bax dəvətdirmi?
Bir qapıdır söhbət, gözlər Məşuq, bax dəvətdirmi!? (1993) Müəllif: RAUF CAVAD |
Namaz tək ibadətdirmi!? Yoxsa cüt söhbətdirmi!?
Ünsiyyət qurar düşünən, ehtiyyac fitrətdirmi!?
Əlaqə yaradar sevən, çün susayıb sevgiyə,
Rabitədir namaz, Yara qovuşmaq vüslətdirmi!?
Pəncərəsində Qəmli durar, baxar boynubükük,
Bir qapıdır söhbət, gözlər Məşuq, bax dəvətdirmi!?
O Kamil gözəl gözləri, istər Kamal görməyi,
Aşiq səhrada qılar qiyamı, sülh Zinyətdirmi!?
İki Həsrət, həp istər qovuşa, istər sevişə,
Sevgili Əli öpüb, rüku etmək, izzətdirmi!?
Kim dəvət edib bu qul-əsiri qəlbdən içəri!?
Qarşılar Canan, qul səcdə edər, məhəbbətdirmi!?
Aşiqi gözlər dolub yaşarar, torpaq qan ağlar,
Sevəni, şəfqəti qucaqlar, gör ki, Rəhmətdirmi!?
İlahi Rəhm eylə bu kimsəsiz aciz bəndənə,
Veribsən dil-ağzı şükür etməyə!? Nemətdirmi!?
Sənsən sevincin-kədərin sevgili xoş istəyi,
Dərdi paylaşmaq dostluq, bölüşmək Sədaqətdirmi!?
Səbəbdir o günahlar ki, insanlığı heç qanmaz,
Qılsa da namaz söz anlamaz, Həqq, Ədalətdirmi!?
Əli, xeyri sayar ibadət, çün Həqdi əməli,
Sübhana ərz eylər saf hesabat, ibadətdirmi!?
Rauf sevər həm ahəngi, çiçəklənər nəfs eşqi,
Kimdir sevişən!? Sən yoxsa Nəfs!? Eşq itaətdirmi!?
...Müəllif:Rauf Cavad