Bir quş gördüm havalanmış yuvası səngərdədi
Bir quş gördüm havalanmış yuvası səngərdədi Müəllif: Şair Ağacan |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Bir quş gördüm havalanmış yuvası səngərdədi,
Bir gəmi dəryaya dalmış, çarxları ləngərdədi,
Onu ümmana qərq etmək mənim əski peşəmdi,
Günəşin şövqü altında bulud ona pərdədi.
Tanıginən qarşı gələn kimdən alıb dərsini,
Lövhi-qələm kəcavətdə keçib ərşin kürsünü,
Yeddi min ayə içində nişan verrəm birsini,
Ruhları ərşi-əlada, cəsədi yerlərdədi.
Ağacanam, mən də sənə nişan verrəm zatımı,
Min bir yola ayırıram bir əlif urfatımı,
Şin şəhri tənəzzüldü, təriqət heyrətimi,
Ustadımdı Şahi-mərdan dillərdə əzbərdədi.