Bir qul oğılani könül mülkünə sultan etdim
Bir qul oğılani könül mülkünə sultan etdim Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.214. |
Bir qul oğılani könül mülkünə sultan etdim,
Misr idi, padişəhin Yusifi-Kən’an etdim.
Dil ki, bir dilbərə sərmənzil idi, ahim ilə
Yelə verdim, adını təxti-Süleyman etdim.
Eşq tərki, dilü candan görünürdü müşkil,
Tərki-eşq eylə dedin, tərki-dilü can etdim.
Can qəmin çəkmiş idi, var idi boynumda həqi
Bu onun əcri idi kim, sənə qurban etdim.
Rəhi-eşqin tutub, etdim qəmü dərdim dəf’in,
Görə nə cəm’i bu təriq ilə pərişan etdim.
Sənə tapşırdığm oxlarını yaqdın, ey dil,
Zaye’ etdin nə qədər kim, sənə, ehsan etdim.
Səbzə tək qıldı Füzuli, çıxarıb əşk əyan,
Tən qübarində oxun hər necə pünhan etdim.