Bir səhər vaxtında birdən gəldi hatifdən nida

Bir səhər vaxtında birdən gəldi hatifdən nida
Müəllif: Abbasqulu ağa Bakıxanov


Bir səhər vaxtında birdən gəldi hatifdən nida,
Müjdə olsun zöhddən, dindən qaçan hər insana.

İndi ki, yoxdur ağılda, nəfs əlində ixtiyar.
Yox olur başlanmadan hər eşqə bağlı macəra.

Dur gətir, saqi, o meydən kim, verər zövqi-əbəd,
Bir odur qəlbə təsəlli bəxş edən bu dünyada.

Etibar olmaz budaqda güllərin dövranına,
Soldurar badi-xəzan, bu dövlətə yoxdur vəfa.

Eşq mülkündə əcəb qanun qoyulmuş müntəzəm,
Bu sarayda zülm-adət, qan-mübahdır daima.

Gözlərin min işvə ilə öldürür min aşiqi,
Heç kəsin qalmaz məcali, dəfini bilməz rəva.

Qüdsinin hər nəğməsindən yarın ətri pəxş olur,
Bir adındır bəxş edən ətri onun asarına.