Bir xəbər gətir
Bir xəbər gətir Müəllif: Aşıq Nəcəf Daşkəndli |
Könül quşu, uç get Vətən elinə,
Mənə o ellərdən bir xəbər gətir.
Yetir əhvalımı nər igidlərə,
Qasımı, Ziyadı bir təhər gətir.
Görsən nələr çəkir uğursuz ana,
Deginən: ömürü getdi bədfəna.
Qoy düşmən gülləsi dəyməsin mana,
Daşkənddən içməyə bir zəhər gətir.
Nəcəf bilmir harda qaldı Gülüstan,
Şəmsəddin, Şəmistan, Mikayıl, Astan.
İsmayıl körpəydi çıxmadı yasdan,
Xudam, sən üzünə xoş səhər gətir!
Mənbə
redaktə- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.21