Birdi, bir
Birdi, bir Müəllif: Xəstə Hasan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.441; ISBN 978-9952-571-42-4 |
Bizi yoxdan var eyləyən, Qəni Sübhan birdi,bir,
Abu,atəş,xaki, baddan xəlq olan can birdi,bir.
Bir qətrədən xəlq eləyib on səkkiz min aləmi,
Canh-cansız hər nə varsa, küllü cahan birdi,bir.
Bir budaqda beş alma var, birisi şikəstədi,
Otuz hacı, yeddi dərviş, birisi güldəstədi.
Üç yüz altmış beş rüzgarı on iki bürc üstədi,
Gecə-gündüz gərdiş eylər, mahitaban birdi bir.
Xəstə Hasan sözlərini yəqin alıb,verəcək,
Bizi yoxdan var eləyən qılı qıldan seçəcək.
Məğribdən məşriqə, hamı o divana köçəcək,
Padişahlar padşahı hökmü-sultan birdi,bir