Bivəfa dilbər giriftari-vəfa eylər məni
Bivəfa dilbər giriftari-vəfa eylər məni Müəllif: Mirzə Həsən Mail |
Bivəfa dilbər giriftari-vəfa eylər məni,
Dəhrdə rüsvayi-xəlq el bivəfa eylər məni.
Hansı məşuq eyləyibdir böylə birad, aşiqə,
Kim о zalım qərqiy-bəhri-bəla eylər məni
Həlqə-həlqə, xəm-xəm, çin-çin о zülfi-mişgbar
Gah bağlar, gah tutar, gahi rəna eylər məni.
Dəmbədəm gah can alır, gah can verir hər qəmzəsi,
Hər nikahi şən bəlaya mütbəla eylər məni.
Çeşmi-məsti xəncəri müjganilə qanım tökər,
Ləli-buş talibi-eynüşəfa eylər məni,
Lövhi-ruxsarın çəkib qüdrət sidqilə,
Bir təcəlla ilə gör məhvi-liqa eylər məni
Şurə gəlmiş Maili biçarə hər dəmdə deyir:
-Öz həbibim maili-şurü nəva eylər məni…