Bivəfa yarə könül versə vəfadar əbəs
Bivəfa yarə könül versə vəfadar əbəs Müəllif: Abbasqulu ağa Bakıxanov |
Bivəfa yarə könül versə vəfadar əbəs,
Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,
Dərdi-dildən səni çox eyləmək olmaz agah,
Qıldığım nalə, qələt, etdiyim izhar əbəs.
Gül kimi beş gün imiş söhbəti-əbnayi-zaman,
Eylədim ömrümü zaye, özümü xar əbəs,
Çeşmi-cadunigəhin məsti-meyi-xab ikən,
Ah kim, eylədim ol fitnəni bidar, əbəs.
Bulmasa feyzi-nəzər kəsbi-kəmal etməz hüsn,
Yari-aşiqdən əgər gizləsə rüxsar, əbəs.
Aşiqi-paknəzər vəslini hicranda sanır,
Eyləməz arzuyi-dövləti-didar əbəs.
Qönçəvü laləni gördüm, qəmə batdım, Qüdsi,
Eylədim meyli-tamaşagəhi-gülzar əbəs.