Biydad! Çərxi-gərdun saldı bizi əmanə

Tufana
Müəllif: Mücrüm Kərim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Biydad! Çərxi-gərdun saldı bizi əmanə,
Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.

Şəhla gözün havası fikrimdədi həmişə,
Çəkib hilalı əbru müjgan oxum kəmanə.

Mən istərəm xudadan hər vaxt gahi-gahi,
Kirpiklərin xədəngi qılsın məni nişanə.

Sevdayi-zülfü qıldı sərkəştə ən dü aləm,
Aldı tamam səbrim dəxl eylədi imanə.

Yarəb, bir gün olaydı bir də görəm camalm,
Şükranələr edəydim məbudi-laməkanə.

Ayrılmışam həbibdən, çatmaz əlim, nə çarə?
Məhbus qılmışam mən, dərdim gəlməz bəyanə.

Vəsl içrə ey Kərima, səbr eyləməzdin axir,
Bəs imdi ayrı düşdün, qan ağla bitəmənna.