Biz
Müəllif: Bayburtlu Zehni
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Badi səba salam söylə o yarə
Ya gəlsin, ya gedək o diyarə biz.
Katib, ərzi-halım yaz ki, canana
Aynlalı düşdük ahu-zara biz.

Katib, ərzi halım ərşə dayandı
Can qürbətdə həsrət nanna yandı.
Hər kəs sevdiyindən doydu, usandı
Nədən qaldıq boylə bəxti qarə biz?

Naməm həm oxusun, həm yar ağlasın,
Eşq oduna düşsün naçar ağlasın,
Sinəsini döysün hər bar ağlasın,
Desin ki, zülm etdik Zehni-zara biz.