Bizə didar gərək, dünya gərəkməz
Bizə dİdar gərək, dünya gərəkməz Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Bizə dİdar gərək, dünya gərəkməz,
Bizə mə’ni gərək, de’va gərəkməz.
Bizə Qsdr gecəsidür bu gecə,
Qo ertə olmasun, səhər gərəkməz.
Bizə eşq şərbətindən sun, ey dəli,
Bizə uçmaqda Kövsər gərəkməz.
Badyələr tolu-tolu içəlüm biz,
Biz əsrük olmazuz, xumar gərəkməz.
Yunus əsriyübən düşdi susaqda,
Çağırur Tapduğına ar gərəkməz.