Biz cahan məmurəsin mənidə viran bilmişiz

Biz cahan məmurəsin mənidə viran bilmişiz
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Biz cahan məmurəsin mənidə viran bilmişiz,
Afiyət gəncin bu viran içrə pünhan bilmişiz.
Gər özün dana bilir təqlid ile surətperəst,
Aləmi-təhqiqdə biz onu nadan bilmişiz.
Bixəbərlər şərbəti-rahət bilirler badeyi,
Biz həkimi-veqtiz, onu tökmüşüz, qan bilmişiz.
Bilmişiz kim, mülki-alem kimseyə qılmaz vefa,
Ol zamandan kim, onu mülki-SüIeyman bilmişiz.
Ayn bilmişsən, Füzuli, məscidi meyxanədən,
Səhv imiş ol kim, səni biz əhli-irfan bilmişiz.