Biz də xanədanə gedər der idik

Biz də xanədanə gedər der idik
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.352.

Biz də xanədanə gedər der idik,
Mehman canlar, bizə səfa gəldiniz.
Hər sabah, hər sabah yüzüm üstünə,
Mehman canlar, bizə səfa gəldiniz.

Bəli dedik bir gerçəgin dəstinə,
Canım qurban оlsun haqqın dоstuna,
Hər sabah, hər sabah yüzüm üstünə,
Mehman canlar, bizə səfa gəldiniz.

Getdi yоldaşlarım, qaldım yalınız,
Bağçada açılır qönçə gülünüz,
Şəkər məhəbbətiz, dadlı diliniz,
Mehman canlar, bizə səfa gəldiniz.

Bayquş kimi nə bəklərsən viranı,
Şükür оlsun səni bizə verəni,
Sultan Xətayinin işi, yörəni,
Mehman canlar, bizə səfa gəldiniz.