Bolyanik (1919)
Müəllif: Aşıq Nəcəf Daşkəndli
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Səni də, məni də allah yaradıb,
Gəl baş endir yaradana, Bolyanik!
Vermə mənə bu zülümü, zilləti,
Batmaginan nahaq qana, Bolyanik.

Birdir bizdə allah, sizdə astvas,
Adəmdir kökümüz, bilginən sərrast,
Bizdə məscid, sizdə kilsə bir əsas,
Səcdə qıllıq o peymanə, Bolyanik!

Nəcəf deyər qəlbim çətin kiriyər,
Tale məni çox sitəmə sürüyər,
Harayıma neçə ellər yeriyər,
Ahım çatsa o məkanə, Bolyanik!