Boz ay (Əhməd Cavad)

Boz ay (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Gah bozarır, gah qızarır,
Gah qızarır, gah bozarır.
Günəş çıxır, tez də batır
Yazla-qışın arasında.
Hava meyxoş, hava sərin,
Qışla-Yazın arasında.
Bu nə qışdır, bu nə yazdır?
Soyuq çoxdur, isti azdır.
G ünəş doğur, bəs Günəşin,
О istisi harda qalıb?
О həniri, hərarəti,
Yoxsa ondan qışmı alıb?
Soyuq, şaxta Yerə hopub
İşləm işdir iliyinə.
Şehlər dönüb qrov olub,
Səpələnib Yer üzünə!
Qar da, buz da yağış təkin,
Çisək təkin tez-tez yağır.
Qarı N ənə ətəyini
Bulud kimi tez-tez sıxır.
Qara bulud durulaşır,
Pambıq kimi dümağ olur.
Qara yağış - Ağ yağışa,
Yağa-yağa urcah olur.
Quşlar damı hasarından
Yuvasını sökür daha.
Ağaclarm kəlləsində
Yeni yuva tikir daha.
Qonur köhnə ovlağına,
Sanki çıxır yaylağına.
Harm Yaza hazırlaşır,
Sığırçınlar qaqqıldaşır.
Duma köçü səmt götürür.
Karvan çəkib köhno yurda!
Bülbüllər də tez-tez ötür
О qoruqda, bu qoruqda.
Boz Ay dönüb qızardıqca
Boz bülbüllər sari olur.
İlk çiçəyi qoxlayan da
Bal toplayan an olur!
Boz Ay Qışı sıxışdırır,
Yaza yeni yollar açır!
Qışdan sonra gələn Yaza
Çöllər geniş qollar açır.
Xonça tutub el-obalar,
Sanki Yazı izləyirmiş.
D üzlər boyu xalı sərmiş,
Sanki gəlin gözləyirmiş!