Buğukər piri
Rəvayətlər. Buğukər piri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir oğlan gedib, Buğukər pirinin yanındakı ağacların birini
kəsir. Görür ki, ağacın kəsilən yerindən qan damır. Qorxudan oğlanın
dili tutulur.
Oğlanı aparıb baxıcıya göstərirlər. Baxıcı deyir ki, oğlan günaha batıb, aparın Buğukər pirində qurban kəsin. Buğukər pirində qurban kəsirlər, oğlanın dili açılır.