Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən
←Tovhiddürür bu bir qəsidə | Vərqa və Gülşa. Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən (1628/29) Müəllif: Rüknəddin Məsud Məsihi |
Bu, nəti-rəsuli-müctəbadur→ |
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən
Ey əql dəvani-bəzmi-idrak,
Vey rahbərani-mənzili-xak.
Vacib görünür bu ziüqulə,
Rəh varməqə sahibi-qəbulə.
Salduqdə nəzər mükəvvənatə,
Basduqdə qədəm bu şeş cəhatə,
Gördükdə vücudi-insü cinni,
Hasil oluna dəlili-inni,
Ya öz-özüdin ala bəyami,
Sadiq ola mən ərəf kəlami.
Ey əql bilən, işə müdəbbir,
Övzaə mübəddilü müğəyyir.
Sənsən çü bu rütbəyə mükərrəm,
Tərkibi-şühudə cüz’i-ə’zəm,
Qəflət sənə qayəti-sitəmdür,
Sudi qəmu mayeyi-ələmdür.
Fikr eylə, vücudi-cümlə əşya,
Nə ratibədin olundu peyda.
Bihudə degil bu karsazi,
Fərq eylə həqiqətü məcazi.
Aləm əgər olməsəydi mövcud.
Əldə nə idi dəlili-məşhud?!
Dünya qəmudur dəlil, o, mədlul,
Bunlar qəmu nəqldür, o, mənqul.
Bu rəhrövə rahdür o mənzil
Bu, badiyədür, o, Kə’beyi-dil.
Kim verdi bu dəh üqulə tərtib,
Kim düzdü de ol üsulə tərkib.
Kimdən yedi zərbi-taziyanə,
Səgritdi səməndin ol miyanə.
Kim saldı o tovsənə kəməndi,
Kim qıldı o rəxşi nə’lbəndi.
Ömrü olalı kəsər şəvare,
Nə nə’lü nə mix olundu zaye.
Nə’li məhü mixdur sitarə,
Təmqasi günəşdür aşikarə,
Zahir sənə nəyyireyn nuri
Kimdəndür o behcətü süruri?!
Səyyarü səvabiti-güzidə,
Kim anlara verdi nuri-didə.
Kim hiss ilə cismə qıldı yari,
Kimdəndür anın əyari-kari?!
Yandı sənə gərçi şəm’i-biniş,
Göstərdi vücudi-afəriniş.
Kim tikdi o şəm’i, düzdü xəzran,
Müşkül ona kimdən oldu asan?
Gər qətreyi-abdən vücudin,
Oldu sənə mayeyi-nəmudin,
Bu surəti çəkdi qansı nəqqaş,
Ol cismə kim etdi ruhi həmtaş?!
Tərkibə ol aləti-mükərrər,
Tərtibə müqəddəmü müəxxər,
Fikr olsa nə surət üzrə rəqqas,
Peyda olur anda mə’niyi-xas.
Cümlə geyə çün fəna libasi,
Viral ola bu vücud əsasi,
Zahir olur andə var kimdür,
Ol dardə pərdədar kimdür?!
Gər qılsa durub kişi təəmmül,
Açsa ona dideyi-təəqqül,
Zahir ola vəqti-nəfyü isbat,
Xurşid həq oldu, xəlq zərrat.
Təşbih əgərçi narəvadür,
Ol zatə məsəl dimək xətadür.
Liykən bizədür vəzifeyi-pas,
Təhqiqi-rümuz kəlləmünnas.
Yoxsa kim olundu ona məhrəm,
Kim oldu o kibriyayə həmdəm.
Kim anladı sirri-zati-biçun?
Kim bildi nədür o zatə məzmun?
Bir vəz’ilə düzdü bu həsari,
Bir nəhc ilə qıldı bu mədari.
Ta tişrəyə kimsə bulmiyə rah,
Ta olmiyə kimsə andin agah
Ol rəmzə yetişməyə xəlayiq,
Fərq ola miyani-xəlqü xaliq.
Əqli-üqəla zəlilü heyran,
Məhbus bu həbs içində nalan.
Döndərməgə yüz bu yüzdin idrak,
Bəsdür bizə üzri-maərəfnak.
Yegdür, keçəlüm bu cüstü cudin,
Yox kimsəyə bəxş o rəngü budin.
Alub ələ zeyli-şər’i-şare
Bu yolda olub o qövlə qane.
Hər rahrəvin görür dəlili,
Hər kimə o qıldı Cəbrəili.
Əvvəl bata çeşmeyi-həyatə,
Axır yetə mənzili nicatə.