Bu, münacat dəryasından…

Bu, şükufeyi-gülzari-tovhiddir və novbaveyi-bustani-təmciddir LEYLİ VƏ MƏCNUN (1536)
Müəllif: Məhəmməd Füzuli
Bu, vacibül-vücud isbatına bürhani-qatedir və bəqai-sair mövcudata dəlili-manedir


Bu, münacat dəryasından bir cövhərdir və təzərrö mədənindən bir gövhərdir

Ya Rəb, kərəm et ki, xarü zarəm,
Dərgahə bəsi ümidvarəm.
Torpaq idim, eylədin bir insan,
Müstövcibi-əqlü qabili-can.
Gər can isə xaki-dərgəhindir,
Vər əql isə saliki-rəhindir.
Mən gülşəni-can içində xarəm,
Ayineyİ-əqlə bir qübarəm.
Nəm[1] var ki, laf edəm özümden,
Məhv eylə məııi mənim gözümdən.
Ol gün ki, yox idi məndə qüdrət,
Qıldın mənə qeybətimdə rəğbət.
Can verdinü sahibi-dil etdİn,
İdraki-ümurə qabil etdin.
Gər səfheyi-surətə misalim
Çokməzdi qəza, nolurdu haiim?
Hala ki, həvaləgahi-cudəm,
Məqbuli-səadəti-vücudəın,
Yüz şükr ki, yox sənə xilafım,
İnsafım var, var e'tirafim.
Öylə degiləm ki, bu aradə
Sədd ola sülukim e'tiqadə;
Hər lehzə əqidəm ola zail,
Tövhidinə istəyəm dəlail.
Rahi-tələbində biqərarəm,
Əmma tələbimdə şermsarəm.
Doğru yola getmədim' nə hasil?
Bir mənzilə yetmədini' nə hasil?
Hər ərsədə hər əsər ki, gördüm,
Sənsən deyib ol əsər, yügürdüm;
Çün verdi xəyal ona xəmü piç,
Mən münfəil oldum, ol əsər hiç.
Mən əqldən istərəm dəlalət,
Əqlim mənə göstərər zəlalət.
Təhqiq yolunda əql netsin,
Əmavü qərib qanda getsin?
Tövfiq edəsən məgər rəfıqim,
Ta səhl ola şiddəti-təriqim.
Gör hirsimi, istəgincə ver kam,
Səndən iqbalü məndən iqdam.
Elmində əyandır e'tiqadım,
Sənsən, səndən həmin muradım.
Dünya nədirü təəllüqati?
Əndişeyi-mövtdür həyati.
Əmma deməzəm yalandır ol həm,
Sermenzili-imtohandır ol həm.
Billah ki, bu dilfirib mənzil
Öylə mənə verdi rahəti-dil
Kim, əski məqamımı unutdum,
Sandım vətənim, məqam tutdum.
Müşkül gəlir indi tərkin etmək,
Bir özgə məqamə dəxi getmək.
Mən böylə qılırdım e'tibari
Kim, bunda olur könül qərari;
Bundan dəxi yey məqam olmaz,
Zövqü bu yerin təmain olmaz.
Əmma çü sənindürür bu göftar
Kim, dünyadan özgə axirət var;
Oldur ki, məqami-cavidandır,
Kami-dilü rahəti-rəvandır.
Göftanna e'tiqad qıldım,
Ol yaxşıraq olduğunu bildim.
Bildim bu imiş sənin muradın
Kim, əhli-kəmal ola ibadın.
Bunda yetə rütbeyi-kəmalə,
Onda yetə dövlətə-vüsalə.
Fərz oldu bir əzmə cəzm qılmaq
Me'raci-kəmalə əzm qılmaq.
Bu rahdən etmək olmaz ikrah,
Xoş rahdurur sənə gedən rah.
Əvvəldə çü lütffin oldu mə'lum,
Axır günü də həm etmə məhrum!
Çün yadi-vüsal edib rəvanım,
Əzmi-rəhi-qürbün edə canım,
Ol ləhzə həm etmə şəfqətin kəm,
Tövfiqinə qıl rəfiq hər dəm!
Çün əql ilə can əmanətindir,
Məndə əsəri-inayətindir,
Bunları mənimlə zar qılma,
Bir neçə əzizi xar qılma!
Ta kim, bu məqamı tərk edəndə,
Səndən yana əzm edib gedəndə,
Məndən cəzə' ilə getməsinlər,
Dərgahə şikayət etməsinlər.
Şum olmasın onlara vüsalim,
Olmasın olardan infialim.

İzahlar redaktə

  1. Nəyim.