Bu cəhana gəlmədin mə’şuq ilə bir idüm
Bu cəhana gəlmədin mə’şuq ilə bir idüm Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Bu cəhana gəlmədin mə’şuq ilə bir idüm,
“Qul huvallah” sifətlü bir binişan nur idüm.
Ol dem ki birlik idi, netesi dirlik idi,
Ol payansuz qüdrətdə nə Musa, nə Tur idüm.
Bilə idüm həzrətdə, ol biqiyas qüdrətdə,
Nə şeriküm var idi, nə kimseylə yar idüm.
Yer, gög yaradılmadın “qalu bəla” denmədin,
Lövh qələm çalınmadm me’raca qadir idüm.
Neçə gəz geldüm getdüm, dəlim surət yaratdum,
Bu şimdiki surətdə Yunusa aldar idüm.