Bu dağlar
Bu dağlar Müəllif: Miskin Qılıç |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Uzaq yerdən görünər bülən heybətli
Ümürdür, dumandır, qardır bu dağlar.
Cana rahat yüz min dürlü neməti
Haqdan gələn rəhmət-nurdur bu dağlar.
Soyuq suyu xəstələrin dərmanı
Dərdə şəfa olar, sağaldar canı.
Qüdrətin məskəni, mənzil, məkanı
Sıxılıb çağırsan, yardır bu dağlar.
Bədəsillər əsil olmaz, pak olmaz,
Yüz min yusan, zatı qara ağ olmaz,
Ölməz, itməz, heç yaşlanmaz, yox olmaz,
Qədimi-əyyamdan vardır bu dağlar.
Əcdərha, marlan durur dolanır,
Əyrək qoç, ağ maral burda sulanır,
Quş salsan, kəklik, turac ovlanır
Pələngdir, qaplandır, şirdir bu dağlar.
Qem dolub çıxanda könlüm açılır,
Çaylanndan uçmaq suyu içilir,
Allahın rəhməti burda saçılır,
Dövlətdir, hörmətdir, nurdur bu dağlar.
Yaz olsa açılar min düriü gülzar
Vanb görgil əger olsan xiridar.
Əngur var, incir var, alma, enar var
Bostandır bu dağlar, bardır bu dağlar.
Miskinqılıç, çıxdun düşman qesdindən,
Dəlisindən, Məcnunundan, məstindən,
Çox cananlar ötmüş bunun üstündən,
Bu gün bizə müyəssərdir bu dağlar.