Bu da yahu, keçər

Bu da yahu, keçər
Müəllif: Salman Mümtaz
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qonşulann elmə həvəskar ola,
Tibb oxuya, fənnə xəberdar ola,
Leyk müsürman gedə cindar ola
Dinmə, danışma, bu da yahu, keçər.

Rus mine ominibosu, seyr edə,
Nems minə deıjabili teyr edə,
Molla Cəfər həmzadı təxsir edə,
Dinmə, danışma, bu da yahu, keçər.

Xivə xanı saxlaya altmış bala,
Sim bədən, zəhrəcəbin, göz ala,
Məsti-meyü şəhvət olub dal qala,
Dinmə, danışma, bu da yahu, keçər.

Əbdüləhəd xan sata milləti,
Badə verə namus ilə qeyrəti,
Puç eyləyə Rusiyyədə sərvəti,
Dinmə, danışma, bu da yahu, keçər.

Kərpic atan millətə salar ola,
Qatır satan ləşkərə sərdar ola,
Sırf avam şəxs süpəhdar ola
Dinmə, damşma, bu da yahu, keçər.

Layihə təqdim edə İngiltərə,
Hökm verə zabitə, həm əsgərə,
Daxil edə Ləngə ilə Bəndərə,
Dinmə, danışma, bu da yahu, keçər.

Hacı Məmiş ayda bir arvad ala,
Keyf eyleyə, işrət edə, dad ala,
Xansənəmi boşlaya, Pərzad ala,
Dinmə, danışma, bu da yahu, keçər.

Beylərimiz qasdinara keyf edə,
Destə ilə fahişəni zeyf edə,
Verməyə pul millət üçün heyf edə,
Dinmə, danışma, bu da yahu, keçər.

İntelligentlər gezələr naz ilən,
Gülşənara dilbəri-tənnaz ilən,
Evdə qala Gülpəri Çimnaz ilən,
Dinmə, danışma, bu da yahu, keçər.