Bu fəna mülkində bən neçə bir heyran olam

Bu fəna mülkində bən neçə bir heyran olam
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Bu fəna mülkində bən neçə bir heyran olam,
Neçə bir xəndan olam, ya neçə bir giryan olam.

Gəh fələklərdən, mələklərdən diləklər eyləyəm,
Gah ərşü şəmsdə gərdun olam, gərdan olam.

Adımum atdum yedi dört on səkizdən bən ötə,
Toqızi yolda qodun şah əmrinə fərman olam.

Dost fərəh qıldı, tərəhdən bən təbərra eylədüm,
Surəti-insan olam, həm can olam, həm kan olam.

Gah bir müfti, müdərris, gəh mümeyyiz, gah təmiz,
Gah bir müdbirü naqis nəqs ile nöqsan olam.

Gah betni-hut içində Yunus ilə söyləşəm,
Gəh çıqam erş üzərə bin can olam, Səlman olam.

Gəh enəm əsfellere, şeytan ilə şərlər düzəm,
Gəh çıqam ərş Üzrə vü seyran olam, cövlan olam.

Gah eşidürəm eşitməzəm, işüməzem əcəb,
Neçə bir nisyan olam, heyvan olam, insan olam.

Gah mə’qulati - mehsulat, təqrirü bəyan,
Neçə məqsurət olam, geh sahibi-Keyvan olam.

Neçə bir surətdə insan(ü) sifətdə canəvər,
Neçə bir dilkü olam, ya qurdü ya arslan olam.

Neçə bir təcridü təfridü mücərrəd münfərid,
Ya neçə cin, neçə insü, neçə bir şeytan olam.

Neçə bir eşq meydanında nəfs atm səgirtdürəm,
Ya necə bir başumı top eyləyüb çövgan olam.

Gah birlik içrə birlik eyləyəm ol birilə,
Gəh dönəm dərya olam, qətrə olam, ümman olam.

Gah duzexdə yanam Fir’ovn ilə, Haman ilə,
Gah cənnətdə varam ğılman ilə Rizvan olam.

Gah bir ğazı olam əfrəng ile cəng eyləyəm,
Gəh dönəm əfrəng olam nisyatıilə üsyan olam.

Gah bir mechuli-merdud olamü Nemrud olam,
Gəh varam Cə’fər olam, Təyyar olam, pərran olam.

Neçə bir amı olam, namİ olam, cami olam,
Neçə bir kam i olam, nakam olam, nadan olam.

Gah ola odlar yaqam, dillər yıqam, canlar yaqam,
Gah varam ərşə çıqam, gəh şahü gəh sultan olam.

Neçə bir dərdlər ilə odlara yanam yaqılam,
Neçə bir şakir olam, zakir olam, mehman olam.

Tərk edəm bu xakü badı vara əslinə yenə,
Şeş cəhətdən bən çıqam bicism olam, bican olam.

Neçe bir Cercisü Bərcis olamü Mərrix olam,
Neçə bir Calenusü Boqrat olam, Loqman olam.

Bu toquz arslanü yedi evrənü dört əjdəha,
Bunlarunla cəng edəm, Rüstəm olam, dəstan olam.

Bir dəmi asud’ olam, huşyari-ğafil, xürdü xam,
Bir dəmi aşüft’ olam, Məcnun olam, heyran olam.

Könlümün gəncinə renc irgürmədin bir yol bulam,
Yaxu(d) dəryayə girəm birəngü biəlvan olam.

Ya neçə bir bən deyəm, sənsin deyəm utanmadın,
Ya neçə deksüz olam, dilsiz olam, heyran olam.

Neçə bir balçıqda olam, alçaqda olam, xar olam,
Gah varam göhər olam, yaqut olam, mərcan olam,

Gəh adamlıqdan çıqam, uçam mələklər mülkinə,
Lövn olam, bilövn olam, gəh kövn olam, bikan olam.

Gah münqadü müti’i-Həqq - Allahun xası,
Gəh dönəm hər dun olam, Musa olam, İmran olam.

Gəh duram Davud olam, texti-Süleymana çıqam,
Gah dönəm gümrah olam, həmrah olam, hicran olam.

Gah zindandan çıqam azad olam, abad olam,
Gəh genə dərban olam, məhbus olam, zindan olam.

Dar olam, kirdar olam, Mənsur olam, bərdar olam,
Tən olam, həm can olam, həm in olam, həm an olam.

Gəh biyabani-xerabü, geh serabü, gəh türab,
Geh yenə me’mur olam, gəh cin olam, gəh can olam.

Gah izzətdə ezizü gah zillətdə həqir,
Geh varam ərkan olam, rəhban olam, röhban olam.

Geh dönüb xamuş olam, bihuş olam, sərxoş olam,
Söyləyəm dəstan olam, həm bağu hem bııstan olam.

Yunusa Tapduğü Saltuğü Baraqdandur nəsib,
Çün könüldən cuş qıldı, bən necə pünhan olam?!

Yunus, imdi bu sözi sən aşiqə de, aşiqə,
Kim sana bən sidq olam, həm dərdü həm dərman olam.

Gah xalis, gah müxlis olam uş Fürqan ilə,
Gah Rəhmanür-rəhim ya həyyü ya mənnan olam.

Gəh dönəm bir şəms olam, zərrəmdə yüz bin ərş ola,
Goh yenə tüğyan olam, aləmlərə tufan olam.

Əvvəli hu, axın yahu vü illa hu olam,
Əvvəl - axır ol qala vü “mən əleyha fan” olam.