Bu gün dava günüdü
Bu gün dava günüdü Müəllif: Koroğlu |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Dəlilərim, bu gün dava günüdü,
Müxənnət öIkəsİ talanmaq gərək!
Qoç igidlər yarasından bəllənər,
Şərbət tək qanına yalanmaq gərək!
Mərd igidlər nərə çəksin davada,
Şahin kimi şikar tutsun yuvada,
Misri qılınc cövlan vursun havada,
Bağırsaq cəmdəyə dolanmaq gərək!
Koroğlu içəndə düşmən qanını,
Mərd meydanda nərəsindən tanını,
Qırın vəzirini, tutun xanını
Leş-leşin üstünə qalanmaq gərək!