Bu gələn bir cüt gözəlin
Bu gələn bir cüt gözəlin Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Bu gələn bir cüt gözəlin
Yolunda qoymuşam səri.
Biri əcəb səfalıdır,
Birisinin adı Pəri.
Biri dağların qarıdır,
Biri bağçalar barıdır.
Külli dünyanın varıdır,
Lərzəyə salıb sərsəri.
Valeh sevdi Zərnigarı,
Olar onun xidmətkarı.
Atsa üzündən qubarı,
Mat eylər şəmsü qəməri.