Bu gecə (Aşıq Şenlik)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bu gecə Müəllif: Aşıq Şenlik |
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14. |
Yığılın əhbablar, yaran yoldaşlar,
Bir sağalmaz dərdə düşdüm bu gecə.
Hikməti-pir ilə abu-züladan,
Kövsər bulağından içdim bu gecə.
Qüdrət məktəbində verdilər dərsi,
Zahirdə göründü ərş ilə kürşü,
Hifzimdə zəbt oldu ərəbi - farsi,
Lüğati-imranı seçdim bu gecə.
Səfil Şenlik haqdan buldu kamalı,
Bu fikirlə vəsli halım deməli,
Bədirlənmiş gördüm gözəl camalı,
Təğayür hal olub çaşdım bu gecə.