Bu gecə Fatimənin didəsi gıryan olacaq
Bu gecə Fatimənin didəsi gıryan olacaq Müəllif: Mirzə İsmayıl Qasir |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bu gecə Fatimənin didəsi gıryan olacaq,
Ki, sabah oğlu Hüseyn, qanına qəltan olacaq.
Bu gecə nalə çəkib Əhmədi-Muxtar ağlar,
Bu gecə növhə qılıb Heydəri-Kərrar ağlar,
Bu gecə şivən edib fırqeyi-əbrar ağlar,
Təşnəlikdən cigəri-ali-Əli qan olacaq.
Bu gecə kəsdi Feratm yolunu İbn Ziyaid,
Bu gecə işrət edər taifeyi-İbn Zıyad,
Bu gecə Zeynəbi-məzlumə çəkər rialə vü dad,
Əhli-beyti-şəhi-din zarü pərişan olacaq.
Ümmileyla bu gecə ağlar Əliekbər üçün,
Zülfi geysulərinə şanə çəkər zivər üçün,
Zeynəbi zivər edər, ol şəbi — peyğəmbər üçün,
Ki, səhər təşnəcigər ümməte qurban olacaq.
Çün Səkinə bu gece naləvü əfqanə gəlir,
Ələtəş, bəski deyib növhə qalıb canə gəlir,
Ki, gedib xeyməgəhə şahi-şəhidanə gəlir,
Yandınr, ey baba can, Əsğərin etşan olacaq.
Bu gecə Həzrəti-Gülsum deyər, ya Əbbas,
Xatiri-itrəti-ətharə düşüb xovfu həras,
Qılgilən mərhemət ilən nəzərin zibdeyi-nas,
Tifliləf xeymədə, ləb təşneyı-suzan olacaq.
'Bu gece oldu yəqin, Fatimeyi-naşadə,
Ki, gərəkdir ola ənduhi-qəmə amadə.
Bildi ki, etməyəcək vüslet ilə damadə,
Toy hənası ələ ol təşnələbün qan olacaq.
Bu gecə riqqət ilə ağlub imami-səğəleyn,
Xeymələrdən yetişibdür fəlekə şivəni-şeyn,
Dedi öz əhli-əyalinə bu növ ilə Hüseyn,
Ki, sabah Kərbübəla qan ilə tufan olacaq.
Əhli-beyte yetib ənduhi-müsibət bu gecə,
Üz verib şielərə yüz qəmü möhnət bu gecə,
Verilib Qasirə bir cami-mehəbbət bu gecə,
Həşrədək növhegeri-şahi-şəhidan olacaq.