Bu gecə uyuma (XIII əsr)
Müəllif: Mövlana Cəlaləddin Rumi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Qonağam mən bu gecə sənə,
Ey can, ey cammm canı,
Ey gül, ey gözəllər sultanı,
Nə olur, bu gecə uyuma.
Könlümü alıb apardın.
Canı da al apar, amma
Sakın, bu gecə uyuma:
Sənsiz iki dünya zindan mənə
Yumma gözlərini dur,
Sakın, uyuma:
Qədir Gecəmiz bu gecə.