Bu insan ani həm fani həmdəki cani

Bu insan ani həm fani həmdəki cani! (1996)
Müəllif: RAUF CAVAD

Bu insan ani həm fani həmdəki cani!
Şükrü etməyən nə bilsin kimdi Xəqani!

Həmd edir kimi düşünmür nədir Hikməti,
Zənn edir ki, əməli boyanıb nurani!

Özünü bilmir zay, sözünün yox dəyəri ,
Göstərir əməli kimliyini, əyani!

Çoxdur danan cahil şəxsi qafilliyini,
Sayır fikrini düz, çıxır dildən söz ani!

Məgər bilməzmi o kəs ki, eşidib Həqqi,
Bölüşməz sevinc-kədəri, ömrü var fani!

Bu gün gedir gələcəyə, düşün keçmişi,
O gün qurulacaq məşvərətin divani!

Unutma kimsəsizi, yar ol tut Əlini,
Bir gün gələr görərsən cənnəti-rizvani!

Paylaş var ikən sərvəti-var-dövlətini,
Yazıb Rauf, oxu sureyi Ər-Rəhmani !
      ...Müəllif:Rauf Cavad