Bu nişandadır
Müəllif: Abdulla Padarlı
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Ey ağalar, həsrətini çəkərəm,
Bu mələkmənzərin nə zamandadır.
Onun gözəllikdə yoxdu həmtayı,
Nə Rumu əcəmdə, nə İrandadır.

Ənbər muyun həm pərişan edəndə,
Rəna yeriyibən, sərxoş gedəndə,
Ağıl başda qalmaz, həm ruh bədəndə,
Sevdası sərimdə, eşqi candadır.

Günəşdir uruyu, mahi-müşəkkəl,
Bu əsridə gözəlliyi bibədəl,
Gərdəni sürahi, zülfü müsəlsəl,
Abdullahın yarı bu nişandadır.