Bu sima’yə girməyən sonra peşiman olur
Bu sima’yə girməyən sonra peşiman olur Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Bu sima’yə girməyən sonra peşiman olur,
Erişür bizüm ilə, sərbəsər düşman olur.
Dostdur bizi oqıyan, üstümüzdə şaqıyan,
Şİmd’ üç buçuq oqıyan dərin danişman olur.
Danişmanun cahili onamaz dərvişləri,
Dərviş ilə danişman yavlaq üləşgən olur.
Bir neçənün könlinə şeytanlar tolupdurur,
Ərənlər sima’İne anlar erişgən olur.
Danişmənd oldur gəldi oquduğında buldı,
Əhl dərvişlərə cam qatı qarışğan olur.
Hey biçarə danişman, eyt dərvişi dərvişan,
Dərvişlərə irişən işinə peşman olur.
Yunus aydur, mövlana, əbsəm oturyeründə,
Bu söhbətə döyməyən sonra savaşqan olur.