Bu tübşi kim, yeri dǝr, ziri-padır
Bu tübşi kim, yeri dər, ziri-padır Müəllif: Şah İsmayıl Xətai |
Bu tübşi kim, yeri dǝr, ziri-padır.
Fǝlǝklǝr çǝrxi anın rǝhnümadır.
Hǝmişǝ xaki sanmışdır özünü,
Anınçün gözlǝr içrǝ tutiyadır.
Müdǝvvǝrdir, müsǝvvǝrdir, münǝvvǝr,
Yer üstǝ sureyi-şǝmsüz-zühadır.
Anın müratinǝ bax hǝqqi gör kim,
Kim, ol ayineyi-giytinümadır.
Yüzü ol şǝms imiş bǝzm ǝhli içrǝ,
Tǝala şanǝhü, ǝhli-liqadır.
Anınçün olmuş anın şǝrbǝti pak,
Ki, heyvan suyilǝn, yüz tǝn nǝvadır.
Xǝtai, şükr qıl hǝqq qüdrǝtinǝ,
Ki, hǝqqin bilmǝyǝn ǝhli-xǝtadır.