Bu yerlər
Bu yerlər Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Zimistan qəhrindən çıxıbdır yaza,
Bürünüb yaşıla, ala bu yerlər.
Bu zövqü-səfada, bu təravətdə,
Nola axıratan qala bu yerlər.
Bir tərəf laləzar, bir yan bənövşə,
Nərgiz səpələnib yamaca, döşə.
Yaranıb cənnətlə elə bil qoşa,
Kim qıyar, Xudaya, sola bu yerlər.
Göyçənin səfası, Göyçənin varı,
Gözəldir çəməni, gülü-gülzarı.
Məmmədhüseynin var ömrünün baharı,
Məskəni, oylağı ola bu yerlər.