Budurmu Vətəni böyük Marksın
Budurmu Vətəni böyük Marksın Müəllif: Musa Cəlil |
Mənbə: Reyhan Mirzəzadə. "Moabitdə - faşist zindanında ucalan HAQQın səsi" (az.). "Həftə içi" qəzeti. 2016-02-10. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29. |
Budurmu Vətəni böyük Marksın?
O coşqun Şillerin budurmu yurdu?
Məni qabağına qataraq faşist,
Adıma qul deyib, buramı sürdü?
Hanı al bayraqlı spartakçılar?
Niyə “Rot front”la titrəmir hər yer?
Niyə dönə-dönə vurdun məni sən?
Cavab ver, ey alman gənci, cavab ver!..