Bundan sənə nə
Bundan sənə nə Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Aləmi palçıqdan yaradıb, yapdm,
Yapıb da neylərsən, bundan sənə nə?
Xəlq edib insanı cahana saldm,
Salıb da neylərsən, bundan sənə nə?
Baqqalmısan, tərəzini neylərsən?
İşin, gücün yoxdu, könül teylərsən,
Qulun günahını kitab eylərsən,
Lap çıxdın sonuna, bundan sənə nə?
Bu Miskin Abdalm haqdı sözləri,
Soldu gözəllərin gül bənizləri,
Od-alova düçar etdin bizləri,
Yıxdm qullarını, bundan sənə nə?