Bunumu istərdin
Bunumu istərdin Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Çoxdan bəridir ki, bu zavallı könlüm,
Mən səndən aldığım nur ilə yaşayır.
Sənin yadigarın ruhumdakı bu ölüm,
O coşmaq istəyir də, yazıq ki, coşmayır.
Qaranlıq bir yolda söndürdün çırağımı,
Öylə zənn etdin ki, bir daha yanmayacaq.
İndi bir nazənin almaqda sorağımı,
O keçən yollarm qurbanıyam ancaq!..
Mən and içmişdim ki, o gün səndən sonra
Yalvarmayacağam artıq heç bir gözələ.
Ancaq günlər keçdi, sağaldı köhnə yara,
Bax onun qəlbimdə yox bir nişanı belə!
Mən artıq əvvəlki sərsəri deyiləm ki,
Sənin dizlərində tökəm göz yaşımı?!
Bu kəskin üsyanı, sən anlamazsan bəlkə?
Bir başqa mehraba əyməkdəyəm başımı!
İstədiyim kimi, sən qalx, onları dara,
Artıq nə mənası vardır, ağarmış tellər?!
Qaldır şu güzgünü, vur dilsiz divara!
Və sonra üzünü qaranhqlara göstər.