Buxardadır
Buxardadır Müəllif: Zinhari |
Hər şəhərdən tüccar gələr,
Saray-saray dolub qalar,
Malgirləri bacın alar,
Gündə mehman Buxardadır.
Sözlənər əmir pəyamı,
Bəyləri verər salamı,
Mollası oxur kəlamı,
Üləmalar Buxardadır.
Bağlarında bitər qönçə,
Dükanları satar parça,
Tərib etsəm incə-incə,
Bağü bostan Buxardadır.
Rəisi alar salamı,
Əlində dəftər-qələmi,
Ayırar halal-haramı,
Qazı-hakim Buxardadır.
Sağında məscidi-kəlan,
Müəzzinlər deyər əzan,
Şəriətdən eylər bəyan,
Məlaiklər Buxardadır.
Üzləri aydan da duru,
Özləridir cənnət gülü,
Yanağında bitər balı,
Nazəninlər Buxardadı.
Zınharidir, deyər, ötər,
Bir sövdadır, bəlkə udar,
Ucuz alıb, baha satar,
Nainsaflar Buxardadır.