Cövri-rәqib, sәrzәnişi-әhli-ruzigar
Cövri-rәqib, sәrzәnişi-әhli-ruzigar Müəllif: Fatma xanım Kəminə |
Cövri-rәqib, sәrzәnişi-әhli-ruzigar
Qoymaz qılam bu dәrdi-dili yarә aşikar.
İşrәtsәrayi-könlümü, ey yari-tündxu,
Hәr dәm cәfavü qәhr ilә gәl etmә tarmar.
Hicrindә dürri-әşk, vüsalında nәqdi-can
Bilmәm, hüzurü qeybәtdә eylәrәm nisar.
Gülşәndә gör nә şur ilә bülbül fәğan edir,
Guya ki, şax üzrә gülә hәmdәm oldu xar.
Dil intizari-vәsldә pamali-fikr olub,
Tәn atәşi-fәrağdә çün muy biqәrar.
Gәr feyzi-cami-eşqi-hәqiqәtdә mәstsәn,
Әhsәnt xoş mәqamdәsәn, olma huşyar.
Dövran ki, saqiyi-qәmә olmuş hәvalә, gör,
Bu dövrdә Kәminә kimi kimdi kamgar.