Cəfərqulu xanın Mirzə Əbülqasım Qazinin həcv etməsi
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazinin həcv etməsi Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Matəmi böylə tutarmış məgər adəm, qazi?
Edə lə’nət ona bəs sahibi-matəm, qazi?
Sən necə zamin olurdun, kişi, dava olmaz?
Bu sözü rus yanında dediniz həm, qazi.
Qur’an, əl-Fəcr surəsi, 1-ci ayə.
Sən məgər halını, öz əhlinizi bilməzdin?
Zərrəcə bəd əməlindən eləməz qəm qazi.
Özgə davada olan kəslər alır simü zəri,
Qırdırır şişəlini müftü müsəlləm qazi.
Zahirən qəTəlinin qətlə gedirdi nisfı,
Olmasaydı aralıqda yenə Rüstəm, qazi.
Daima və’z verir xəlqə ki, ehsan eləyin,
Özü heç dişqarı verməz ola gər nəm qazi.
Daş-daş üstə belə Şişədə durmaz hərgiz,
Bəzi işlərdən əgər olmuya ə’ləm qazi.
Əhli-İslamə gərəkdir ki, gedə rast yolu,
Bunlann əyriliyi qəddim edib xəm, qazi.
Adını molla qoyan xəlqə deməz rast yolu?
Bunların dərdi edibdir qədimi xəm, qazi.
Unudurlar hamısı Tanrı, peyəmbər əmrin,
Gər aralıqda ola söhbəti-dirhəm, qazi.
Bir para vəqt danışmaq bizə lazımdır,
leyk, Bir para vəqtdə yeydir olaq əbsəm, qazi.
Demişəm mən sənə: heç vaxt inanma xəlqə,
Bəzi ovqat eşit pəndimi kəm-kəm, qazi.
Bundan artıq nə yazım dərdi-dili, mövlana,
Deyərəm baqi sözümü səni görsəm, qazi.