Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabı
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabı Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Ey seyvid və növcavan sərvər,
Bu dünyada sənin cəddin məşhurdur.
Siz pak Rəsulun övladısınız,
Siz pak Fatimənin bətnindənsiniz.
Ürəyini geniş tut,
Belə əhvalatdan mükəddər olma!
Çox sərraf şəxslər var ki,
Qumu gövhərdən ayırd edə bilmirlər.
Səxavət cah-cəlal və malda deyil,
Nə xəzinə ilədir və nə dərvişlik (yoxsulluq) ilədir.
O, insanın zatında olan elə bir cövhərdir ki,
O sifətlərlə bir şəxs tərifə layiq olarsa,
O şəxsin vücudu başdan-başa gövhərdir,
Elə gövhər ki, bütün gövhərlərdən artıq.
Dünyanın bütün yaxşı-pisini görmüşəm,
Onları idrak mizamnda ölçmüşəm.
Çox avam adamları görmüşəm ki,
Hesaba gəlməz.
O kəslərin üstündən qələm çək,
Onların adını dəftərdən poz!