Cəfərqulu xanın Zakirə cavabı

Cəfərqulu xanın Zakirə cavabı
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Qasım bəy, adətdir, xan qulluğuna,

Bir kəs atlı gələ, piyadə gedər.

Mən deyiləm, aləmdə var, eldə var,

Belə cüzvi işlər aradə gedər.


Burada bir başmaq olub zərərin,

Qələm alıb yazdın zəmmin bu dərin,

Zalım, məgər yoxdur sənin xəbərin,

O dərdən ki, aləm fəsadə gedər?


İndi belə görmə Adıgözəli,

Səndən qıvraq idi onun əzəli,

Hər zaman ki, durub yola düzəli,

Yenə bədöv atdan ziyadə gedər.


Gədə, saf azıbdır əməlin sənin,

Mədənisən təqəllübün, fitnənin,

Sən neçün bilməzsən, bağlı gələnin,

Ayağı açılıb güşadə gedər.


Oğlan, sən çıxıbsan lap əndazədən,

Neylər hələ geyəcəksən yazədən.

Köhnə oğurlandı, tikər tazədən,

Bir adam yollaram ustadə gedər.


Böyük şahənşah Məhəmməd şah Qacarın qardaşı nayibüs-səltənənin oğlu cənab şahzadə Bəhmən Mirzə 1278-ci ildə (1861-1862) Şuşa qalasında yaşayırdı. O vaxlar mən əmlak sahibi idim və karvansaram var idi. Şahzadə məndən bir qədər borc pul götürmüşdü. Sonra onu verməkdə kahıllıq edirdi. Hər nə etdimsə, israrı o oldu ki, qaytarmasın. Axırda onun üçün bir tərif¬namə yazdım. İltifatı bu oldu ki, dedi: “Bərəkallah, bərəkallah, afərin, afə¬rin!” Sonra qanım qaraldı. Aşağıdakı beytləri yazıb, mərhum cənab Cəfər- qulu xana göndərdim. Budur:


Ey əsil-nəsəbli olan xan, sən Allah,

Bir an bu söhbətlərə qulaq as.


Bir gün başım çox həyəcanlı idi,

Bədənim ibadət paltarından üryan idi.


Rindlərin al qırmızı şərablarından,

Meypərəst tək düşdüm xumun alaqlarına.


O həyəcandan çoxlu sözlər dedim,

Xoşa gələn canfəza şeirlər dedim.


Şahzadəyə layiq o sözləri,

Şaha layiq gövhər kimi o sözləri,


Onun dərgahına göndərdim,

Mən daim onun yaxşılığını istərdim.


Elə ki o, qiymətli beytləri oxudu,

Bəyəndi, çünki bəyənilməli idi.


Bu cür mənə iltifat göstərdi,

Mənə belə bir bərat yazdırdı.


“Əhsən” sözündən başqa ondan bir bəhrə görmədim,

Əhsənlərilə mənim qanımı qaraltdı.


Mənə bir “afərin” kəlməsi göndərdi,

Bu “afərin”ə yüz min afərin olsun.


Bir incə mətləb əvəzinə o şahzadə,

Mənə iki “əhsən”, bir “bərəkallah” verdi.


Öz-özümə demişdim ki, ola bilsin,

O ədalətli şah mənə bir at göndərər.


Ya o pak etiqadlı şah özünün xüsusi cübbəsindən,

Birini mənə göndərər.


Ancaq bütün arzularım xam oldu,

Fələk mənim arzumla dolanmadı.


Bu zaman ağıllı adamların dediyi,

Bir dastan yadıma düşdü.


Ki, bir gün birisi tələsik gedərkən,

Birdən kabab iyi hiss etdi.


İy gələn tərəfə gedib gördü ki,

Bir eşşək yerə sərilib.


İki əl-ayağı bağlanıb bərk-bərk,

Yer-yurd bulanıb onun qanma.


Bir baytar onun baş-ayağına,

Dağ basır, neştər vurur.


Öz -özünə dedi, heyf bu yüyür-yüyürə,

Tuf olsun belə murdar iyə.


Ürəyimdə yüz ümid var idi,

Öz-özümə hər zaman yüz şadlıq ümidi verirdim.


Ki, o şəhriyardan feyz görərəm,

Bəhmən buludundan gülzar bəhrə gördüyü kimi.


Onun dərgahından ruhlanmaq istərkən,

Təbimin atının ayaqları qırıldı.


Əgər o beytlərdən bir neçəsini,

Aşpaz Musaya göndərsəydim,


Mənə bir qab aş göndərərdi,

Alt-üstündə də cüt-cüt lavaş qoyardı.


Əgər qiymətli beytlərdən,

Üç beyt o qovurmaçıya göndərsəydim,


Mənə min dil ilə dərhal,

Qovurma, səbzi, lüləkabab,


Hələ üstəlik, gülablı şərbət də göndərərdi.

Ancaq o, kəramət şərtini eşitmədiyindən,


Mənə belə səxavət göstərdi,

Ağıllı Firdovsi (Allah onun ruhunu şad etsin)

nə xoş deyibdir:


Əgər ənbər satanın yanından keçsən,

Üst-başın tamam ətirli olar.


Əgər kömürçü tərəfə getsən,

Qaralıqdan başqa fayda görməzsən.


Şair inciyərsə, həcv deyər,

Həcv isə qiyamətədək qalar.


Ancaq Allahdan başqa,

Mənim heç kəsdən qorxum yoxdur.


İstəyirdim elə fəqan edim ki,

Ondan dünyada bir dastan qalsın.


Ancaq mənim təmiz təbiətim buna yol vermədi,

Belə bir şəxsin də evi qoy abad olsun!


Nəwab! Qızd sahibləri belədir,

Allaha sığın və bunlardan vaz keç!


Əttövbə, Allah, bunların hamısına,

Dediyim bu sözlərə, tövbə!