Cəhalətimdən şikayət
Cəhalətimdən şikayət Müəllif: Məhəmməd Hadi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Varaıı bundan yuxan uçmağa istedadım?
Qabiliyyət pərimə zəxm vurub ustadım.
Oxumaqçün nə qədər dadü fəğan etdimsə,
Olmadı zerrə əsərbəxş şu istimdadım.
Dağa dersən eşidir, sonra verir əksi-seda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Olmadan naili-didari-eməl qəbrə girər —
Eşqi-şirini-ülum ilə yazıq Fərhadım!
Acizəm tərcümeyi-halımı təhrirə, səbeb?
Doludur təlx həqaiqlə dili-naşadım.
Ey Hadiyi-qəmdidə! de şu bülbüli-zarə:
Cəh-cəh deyib axır düşər ağuşu-məzarə.