Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə

Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə
Müəllif: Mirzə Ələsgər Növrəs


Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,

Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.

Yenə ey şuxi-nuşinləb, xəyali-tari-zülfündən,

Əcəb olmuş pərişan haləti-sünbül cəmənlərdə.

Acılmaz həşrədək, ey qoncələb, yüz min bahar olsa,

Görübdür xəndeyi-pünhanini növgül cəmənlərdə.

Vüsalə həsrət oldum, mübtəlayi-hicrdir könlüm,

Tutam aranı sənsiz, ey gulum, müşkül cəmənlərdə.

Fəğanu naleyi-dil munisimizdir, bir tərəhhum qıl,

Deyil tənha, əzizim, Növrəsi-bidil cəmənlərdə.